İngiltərədə üçüncü ildir ki, Məhəmməd adı liderdir

İngiltərə və Uelsdə yeni doğulan oğlan uşaqları arasında ən populyar ad yenidən Məhəmməd olub.

Bu, artıq ardıcıl üçüncü ildir baş verir. Söhbət məhz "Muhammad" yazılışından gedir.

İlk 50-likdə bu adın "Mohammed" və "Mohammad" kimi digər yazılış variantları da yer alıb.

Ən populyar oğlan adlarının ilk beşliyində həmçinin Noa, Leo, Luka və Artur da qərarlaşıb.