Ankarada NATO sammiti keçirilir

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı zirvə toplantısı start götürüb.

Türkiyə KİV-in məlumatına görə, sammitin açılış mərasimində Şimali Atlantik Alyansın baş katibi Mark Rutte çıxış edərək, vacib bir qərarı elan edib.

O, NATO-nun öz yanacaqdoldurma və hərbi nəqliyyat təyyarələri parkını, eləcə də “MQ-4C Triton” uzaqmənzilli kəşfiyyat pilotsuz uçuş aparatları qrupunu yaradacağını açıqlayıb.

“Bu gün NATO-ya üzv bir sıra ölkələr 12 təyyarədən ibarət çoxmillətli yanacaqdoldurma və uzaqmənzilli hərbi nəqliyyat təyyarələri parkının yaradılması təşəbbüsü çərçivəsində onlarla Airbus təyyarəsinin alınacağını elan edib”, – deyə Rutte bildirib.

Onun sözlərinə görə, digər çoxmillətli təşəbbüs NATO-nu “Northrop Grumman” şirkətinin istehsalı olan beş ədəd çoxfunksiyalı MQ-4C Triton pilotsuz uçuş aparatı ilə təmin edəcək. Bu PUA-lar uzun müddət yüksək hündürlükdə havada qalaraq zəruri kəşfiyyat məlumatlarını təqdim etmək imkanına malikdir.

Qeyd edək ki, NATO sammiti çərçivəsində bir sıra iri həcmli silah tədarükü müqavilələrinin elan olunacağı gözlənilir.