Bu gecə Ali Dini Lider Ayətullah Xameneinin cənazəsi İraqın Nəcəf şəhərinə gətirilib. Şəhərdə səhər saatlarından etibarən milyonlarla insan şəhid rəhbər Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminə qatılmaq üçün şəhərə axışıb.
Cənazə gecə saatlarında Həzrət İmam Əli (ə) ziyarətgahına aparılıb, daha sonra isə rəsmi və xalqın iştirakı ilə vida mərasimi başlanıb. Şəhərin əsas küçələri və meydanları izdihamla dolub.
İraq Xalq Səfərbərlik Qüvvələri mərasimdə iştirak edənlərin sayının 2 milyon 300 mini keçdiyini, insanların isə axınının davam etdiyini açıqlayıb.
Şəhid rəhbər Ayətullah Seyid Əli Xameneinin cənazəsi çərşənbə axşamı axşam saatlarında İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçinin müşayiəti ilə Nəcəfə gətirilib.
İraqın Baş naziri Əli Zeydi cənazəni hava limanında qarşılayıb. Qarşılama mərasimində İraq və İranın yüksək səviyyəli rəsmiləri, eləcə də xarici diplomatlar iştirak ediblər.
Mərasim boyunca şəhərdə matəm ab-havası hökm sürüb. Minlərlə insan dini mərsiyələr oxuyub, şüarlar səsləndirib və cənazəni müşayiət edib.
İzdihamın təhlükəsiz şəkildə idarə olunması üçün İraqın təhlükəsizlik qüvvələri və təşkilat komitələri geniş tədbirlər həyata keçirib.
Mərasimdə iştirak edən bir sıra iraqlılar şəhid rəhbər Ayətullah Seyid Əli Xameneinin xatirəsini yad etməyin onlar üçün mühüm mənəvi borc olduğunu bildiriblər.
Bəzi iştirakçılar çıxışlarında bu mərasimin İran və İraq arasında münasibətlərin möhkəmliyini nümayiş etdirdiyini, həmçinin ABŞ və İsrailə siyasi mesaj daşıdığını ifadə ediblər.
İraqlı siyasi analitiklər bildiriblər ki, Nəcəfdə müşahidə olunan kütləvi iştirak İran və İraq arasında tarixi və dini bağların dərinliyini nümayiş etdirir. Onların fikrincə, milyonlarla insanın iştirakı həm də iki ölkə arasında həmrəyliyin və qarşılıqlı dəstəyin simvoludur.
Nəcəfdə keçirilən vida mərasimindən sonra cənazə Kərbəlaya aparılacaq. Rəsmi proqrama əsasən, daha sonra cənazə yenidən İrana qaytarılacaq və sabah Məşhəd şəhərində İmam Rza (ə) ziyarətgahında dəfn olunacaq.
Bundan əvvəl Tehran və Qum şəhərlərində də milyonlarla insanın iştirakı ilə vida mərasimləri keçirilmişdi.
İraqda Ayətullah Xamenei ilə vida mərasimi keçirilir