Rusiyanın Kiyevə kütləvi raket və PUA hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb, 46 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Kiyev şəhərinə kütləvi raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

Ukayna mediasının məlumata görə, hücum nəticəsində 11 nəfər həlak olub, 46 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücum zamanı paytaxtda güclü partlayışlar baş verib. Qoloseyev rayonunda hərbi anbarlardan birinə zərbə endirildikdən sonra ərazidə tüstü müşahidə olunub.

Məlumata görə, son dəqiqələr ərzində Kiyev istiqamətinə "Kalibr", "Geran", "Sirkon" və "İsgəndər" tipli raketlər buraxılıb.

Bundan əlavə, Kiyev Su Elektrik Stansiyası ərazisinə və Çerniqov şəhərinə də zərbələr endirildiyi bildirilir.