Tehranda Şəhid Ayətullah Xamenei və ailəsi üçün cənazə namazı qılındı

Saysız insan kütləsinin toplandığı İranın Tehran şəhərindəki Müsəlla kompleksində Şəhid Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei və ailəsi üçün cənazə namazı qılınıb. Namaza imamət İslam dünyasının böyük təqlid müctəhidi Ayətullah Cəfər Sübhani edib.

Cənazə bundan sonra Qum şəhərinə, oradan İraqa – Nəcəf və Kərbəlaya aparılacaq. Son səfər Məşhədə dönüşlə yekunlaşacaq. Ayətullah Xamenei iyulun 9-da Məşhəddə, İmam Rza (ə) ziyarət kompleksində torpağa veriləcək.