“Oğlum Yusif Mirzəyev 7-ci zona köçürülən günü amansızlıqla döyülüb. Elə karantin otağında da işgəncə yaşayan Yusif anadangəlmə ağır epilepsiya xəstəsidir. Bu barədə hələ məhkəmə dövründə sənədlər təqdim etmişik. Onun başına vura-vura zor göstərənlər oğlumun həyatı ilə oynayan canilərdir.”
Cəzadan verilən apellyasiya müddətinin bitməsindən sonra, Yusif Mirzəyev iyulun 20-də Umbakı təcridxanasından 7 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Anasının bildirdiyinə görə oğlunu elə təcridxananın karantin otağında müəssisə işçiləri döyüblər.
Bəzi məhbuslara qarşı xüsusi amansızlıq nümayiş etdirilərək həbsxanaya qədəm qoyan andan fiziki işgəncə verilmə halı Azərbaycan həbsxanaları üçün yeni hal deyil. Xüsusi olaraq 7 saylı müəssisədə dəfələrlə bura köçürülən məhbuslara “göz dağı” vermə siyasəti olduqca məşhurdur. Lakin bunu ağır epilepsiya xəstəsinə qarşı həyata keçirmək dəhşətdir.
“İki gün sonra, iyulun 22-də Yusifin vəkili Zibeydə xanım oğluma görüşmək üçün 7-ci zona getsə də ona görüş icazəsi verməyiblər. Sonradan oğlum bildirdi ki, mənim başıma vurduqları zərbə səbəbindən gözlərimin altı qaralaraq tuluqlanmışdı. Onlar bunu vəkilin görməməsi üçün Zibeydə xanımı müəssisəyə buraxmadılar.”
İyulun 2-də beş dəqiqəlik evinə telefon açan Yusif anasına bildirib ki, əgər karantin müddəti bitdikdən sonra evə zəng vurmazsa, demək onların söylədikləri kimi onu karsa bağlayıblar.
Anası məsələ ilə bağlı hansı dövlət orqanına şikayət etməyi, övladına qarşı hüquqazidd davranışların dayandırılması üçün yardım alacağını bilmir.
Xatırladaq ki, 13 nəfərlik qrupda yer alan Yusif Mirzəyev 2025-ci ilin 11 iyununda məhkəmənin qərarı ilə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmlə razılaşmayan Y. Mirzəyev cəzadan Apellyasiya şikayəti vermişdi. Apellyasiya məhkəməsi isə birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.
Epilepsiya xəstəsi cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra fiziki işgəncəyə məruz qalıb