Ayətullah Xamenei ilə vida mərasimi davam edir

İranın sabiq Ali Lideri Ayətullah Əli Xamenei ilə vida mərasimi davam edir.

Mərasim bu gün keçirilən cənazə namazından sonra başlayıb. Dünyanın müxtəlif nöqtələrindən gələn şəxslərin saysız seli tarixi bir hadisənin həyata keçməsinə şahidlik edir.

Tədbirlərdə 15 milyondan 35 milyonadək insanın iştirak edəcəyi gözlənilir. Mərasim iştirakçı sayına görə 1989-cu ildə ayətullah Xomeyni ilə vida mərasimini geridə qoya bilər. Həmin vaxt vida mərasiminə təxminən 10 milyon insan toplaşmışdı.