Ukrayna Rusiyanın daha iki neft anbarını vurub

Ukrayna ötən gecə də Rusiya ərazisinə zərbələri davam etdirib.

 ​​Stavropol diyarının qubernatoru Vladimir Vladimirov sosial mediada bölgə üçün dron həyəcanı verildiyini açıqlayıb. Daha sonra isə o, “dron qalıqlarının” sənaye müəssisələrinin birinə zərər vurduğunu elan etsə də, hansı müəssisədən söhbət getdiyini açıqlamayıb.

Lakin az sonra OSINT ictimai qruplarında neft anbarına hücum edildiyini göstərən videolar yayılmağa başladı.

Daha sonra kanallar hücumun Mixaylovsk şəhərində Lukoil-Yuqnefteprodukt neft anbarını hədəf aldığını aydınlaşdırıb. Səhər tezdən yanğın şiddətlənməyə davam etdi.

OSINT kanallarının məlumatına görə, Tverə də səhər tezdən hücum edilib. Burada zərbə hədəfi TVERNEFTEPRODUKT neft anbarı olub, yanğın baş verib.