"Qarabağ” qələbə qazandı

Kişi həndbolçular arasında Azərbaycan çempionatında 17-ci turun oyunu keçirilib.

"Unikal" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, turun maraqlı qarşılaşmalarından birində çempionluq uğrunda yarışan “Azəryol”la “Qarabağ” komandaları üz-üzə gəliblər.

“AHF Arena”da keçirilən görüşün favoriti sayılan “Azəryol” meydana lider “Kür”lə 2 xallıq fərqi aradan qaldırmaq üçün çıxıb. İlk “dördlük”də qərarlaşan “Qarabağ” isə turnir cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq əzmində idi.

Gərgin və maraqlı mübarizə ilə yadda qalan qarşılaşmanı “Qarabağ” 35:34 (18:18) hesablı qələbə ilə başa vurub.