Putin: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır. Ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Vladimir Putinin sözlərinə görə, Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyasının həcmi 6 milyard dollar təşkil edir.

"Hökumətlərarası komissiya aktiv işləyir", - Putin qeyd edib.

 

 

APA