Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanın xarici siyasət kursunda dəyişikliklərdən danışıb.
"Azərbaycan artıq Rusiyadan yana öz geopolitik seçimini edir. Bunun nəticəsi olaraq Azərbaycan xarici siyasətini dəyişib. 44 günlük müharibədənsonra Azərbaycan iqtidarı artıq Rusiyanın yanındadır. Hesab edirəm ki, o cümlədən Azərbaycanın daxilində siyasi sistemin tamamilə qapadılması artıq hətta mən deyərdim ki, diktaturaya yuvarlanması bununla bağlıdır.
Bu gün postsovet məkanında ölkələr iki düşərgəyə bölünüblər. Yəni birnci düşərgə avtoritar ölkələrdir. Mən burada Orta Asiyanı götürmürəm. Daha çox Avropa Şurasının üzvü və yaxud Şərq Tərəfdaşlığı proqramına üzv olan ölkələri götürürəm. O da əsasən postsovet məkanının Avropa hissəsini götürürəm. O da əslində postsovet məkanının Avropa hissəsi və Cənubi Qafqaz ölkələridir. Avtoritar düşərgədə kimlər var: Təbii ki, Rusiyadır, Belarusdır və Azərbaycandır. Digər ölkələr isə Moldovadır, Gürcüstandır, Ukraynadır. Onlar artıq Avropa İttifaqına namizəd statusunu qazanıblar. Qərb Universittelərinə inteqrasiya proseslərinə başlayıblar. Bunun yanında da Ermənistan. Ermənistan hal-hazırda Rusiyanın nəzarətindən surətlə çıxmaqdadır. Bu baxımdan təbii ki, Cənubi Qafqaza təsiri var. Hal-hazırda Cənubi Qafqaz uğrunda ciddi mübarizə gedir. Təəssüflər olsun ki, Azərbaycan iqtidarı hal-hazırda bu mübarizədə anti-qərb, anti-demokratiya yolunu seçib və Rusiyanın yanındadır. Ona görə ki, ölkədə avtoritarizmi saxlaya bilsin."
Azər Qasımlı: Azərbaycan iqtidarı anti-qərb, anti-demokratiya yolunu seçib