Makron Netanyahu ilə görüşdə İranın nüvə proqramının sürətlə irəlilədiyini bildirib

 Fransa prezidenti İsrailin baş naziri ilə görüşündə Ukrayna müharibəsində İranın Rusiyaya hərbi dəstək verdiyini, habelə bu ölkənin nüvə proqramının sürətlə irəliləməsi qarşısında qətiyyət göstərməyin lazım olduğunu bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Eliza Sarayı bəyanat verib.

Bildirilib ki, ötən gün İsrail baş naziri ilə Fransa prezidenti Emanuel Makron arasında baş tutan görüşdə İranın nüvə proqramı da müzakirə edilib.

Fransa prezidenti bu görüşdə İranın nüvə proqramının sürətlə irəliləməsini tənqid edib və bu zəmində qətiyyətli mövqeyin ortaya qoyulmasının lazım olduğunu bildirib.

Bu arada Fransa mətbuatı Benyamin Netanyahunun Fransa səfərinin məqsədi barədə məlumat yayıblar. Bildirilir ki, İsrail baş naziri Fransa hökumətini də İrana qarşı daha qətiyyətli addımlara təşviq etməkdədir.