Türkiyə İdlibdə hərbi mövqelərinin birindəki qüvvələrini təxliyə edib

Türkiyə Ordusu Suriyanın şimalında yerləşən İdlibdə hərbi mövqelərindən birindəki qüvvələrini təxliyə edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Türkiyə Ordusu İdlibin Qastun kəndindəki mövqelərini tərk edib.

Türkiyə Ordusu burada mövqelərində quraşdırılan təchizatı və beton maneələri də şimala doğru daşıyıb.

Bəzi mənbələr Türkiyənin bu addımının Suriyanın şimalındakı M4 yolunun tam şəkildə açıla biləcəyinə işarə olduğunu bildiriblər.

Qeyd edək ki, Rusiyanın vasitəçiliyi ilə türklər və suriyalılar arasında aparılan danışıqlarda M4 yolunun açılması məsələsi gündəmdə idi.