İnanclılar bu xalqın dəyərlərini canı və malı bahasına qoruyan Azərbaycan vətəndaşıdır

Dünyada anti-islam təbliğatlarının yer aldığı günümüzdə Qurana qarşı belə həqarət icra edildi. Bütün bunlar əlbəttə ki, düşmənin İslam və onun ali hədəfi müqabilində acizlik, zəiflik və dözümsüzlüyünün təzahürüdür. İslam bütün irtica düşüncələri həqiqət nuru ilə aydınladınca, qarşı tərəfin üzə çıxan eybəcərlikləri fonunda atdıqları addım heç bir insanlıq müstəvisinə sığmır. Zamanla İslamın gözdən salınmasına hesablanmış addımların bütün cəbhələrdə məğlubiyyəti bu gün məlum mənzərəni çılpaqlığı ilə üzə çıxarır.
Azərbaycan hakimiyyətinin son günlər daha çox aqressiya nümayiş etdirdiyi inanclılara qarşı addımları da eyni ssenarinin tərkib hissəsidir. İslama, şiəliyə qarşı dözümsüzlük, hər addımda məhdudlaşdırılmağa hesablnan əqidə, sonunda nəticəsizlik səbəbindən kütləvi həbslərə tuş gəlir. “Millət vəklindən” məmuruna qədər hər cəbhədə hədəfə alınan şiəliyə atılan ittihamların effeksizliyi bu gün İrana qarşı əks siyasətin fonunda şər və böhtanlarla inanclıların kütləvi həbsini hakimiyyət tərəfindən reallaşdırıb. İran ittihamı ilə həbs olunanların İranla heç bir əlaqəsi olmadığı halda saxta həbslərin yer aldığı bu əməliyyatın arxasında gizlənən hədəf yalnız İslamdır. Narkotika da daxil olmaqla müxtəlif maddələrlə şərlənən bu şəxslərin inanclı olduğu heç kəsdə şübhə yaratmadığı halda hakimiyyətin öz dağıdıcı addımına cəmiyyət tərəfindən haqlılıq donu olaraq İranı qabartması onun saxta idarəçiliyində yeganə həqiqətdir.
Azərbaycan inanclısının İran və sair ölkələrin cəsus şəbəkəsi kimi təqdim edilərək həbsi yalnız və yalnız hakimiyyətin dini məhdudlaşdırma, əqidəni hədəfə alınma siyasətindən başqa bir şey deyil. Hakimiyyət bunu həssaslaşan İran gərginliyindən istifadə edərək İrana bağlaması, eyni halda şiəliyə ünvanlanan həbslərlə İranda narahatlıq yaratmaq cəhdi heç bir halda qəbul edilən deyil. Bir daha bəyan edirik ki, siyasi oyunlara, hakimiyyət ambisiyalarına qurban verilən inanclı bu xalqın dəyərlərini canı və malı bahasına qoruyan Azərbaycan vətəndaşıdır.
Biz Müsəlman Birliyi Hərəkatı olaraq hakimiyyətdən inanclılara qarşı bu yönlü addımları qeyd şərtsiz dayandırmağı, bu kimi addımlardan əl çəkməyi və həbs edilən hər bir vətəndaşı azad etməyi tələb edirik.
Müsəlman Birliyi Hərəkatı.