ŞOK İDDİA: ABŞ Rusiyaya Ukraynanın 20%-ni təklif edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Vilyam Börns sülh müqaviləsinin imzalanmasının əvəzində rəsmi Kiyevə Ukrayna ərazisinin 20%-ni Rusiya tərəfinə verməyi təklif edib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, “Neue Zürcher Zeitungсо” (NZZ) bu bardə anonim yüksək vəzifəli mənbələrə istinadən iddia edib.

Deyilir ki, ABŞ prezidenti Co Bayden yanvar ayının ortasında MKİ başçısına bu təkliflə həm rəsmi Moskvaya, həm də rəsmi Kiyevə müraciət etməyi tapşırıb. Hər iki tərəf isə bu cür variantdan imtina edib.

NZZ-nin məlumatına görə, Börnsə həvalə edilən missiyanın yalnız uğursuzluğundan sonra Bayden Ukraynaya “Abrams” tanklarının verilməsinə razılıq verib.

Artıq ABŞ yayılan bu şayiələrə münasibət bildirib.

MKİ əməkdaşının açıqlamasına görə, Ağ Ev adından Börnsin simasında edilən təklif xəbəri “tamamilə yalandır”.

ABŞ Ağ Ev nəzdindəki Milli Təhlükəsizlik Şurasının rəsmisi Şon Devitt isə bu xəbərləri “qeyri-dəqiq” adlandırıb.