Din xadiminə xəsarətlər yetirən şəxs saxlanılıb

Poniçalada (Soğanlıq) din xadiminə hücum edən bir nəfər saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

Bildirir ki, əvvəllərdə məhkum olmuş 1991-ci il təvəllüdlü A.A qəsdən sağlamlığa az ağır zərər vurma və hədələmə ittihamı ilə hakimin qərarı əsasında saxlanılıb.

Bildirilib ki, cinayəti törədən şəxsi 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

“İstintaqla müəyyən edilib ki, 1983-cü il təvəllüdlü Poniçalada anadan olmuş V.Q A.A tərəfindən ölümlə hədələnib. Bu il aprelin 21-də təqsirləndirilən şəxslə V.K. arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib və bu zaman V.Q xəsarət alıb”, - deyə məlumatda qeyd olunub.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 118 və 151-ci maddələri ilə araşdırma aparılır.

Məlumat üçün bildirək ki, keçmiş şeyxliyə namizəd, GMİ-nin ali dini şurasının üzvü Vidadi Qurbanov 22 aprel axşam saatlarında xalası oğlu tərəfindən küt əşya ilə xəsarətlərə məruz qalıb.

 

Aktual.ge