İsrail Rəfah keçid məntəqəsini nəzarətə götürüb

İsrail ordusu Qəzza-Misir sərhədindəki Rəfah keçid məntəqəsini nəzarətə götürüb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərq hissəsində hədəfli əks-terror əməliyyatına başlayıb", - deyə qey olunub.