KİV: İraq Müqaviməti İsrailin hava bazasına PUA ilə hücum edib

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İraq İslami Müqavimət Hərəkatı İsrail Hərbi Hava Qüvvələrinin Eylatdakı bazasına hücum etmək üçün kamikadze pilotsuz uçan aparatdan istifadə edib.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə,  PUA İraq ərazisindən buraxılıb. Hərəkat Qəzza zolağında hərbi əməliyyatlar dayandırılana qədər İsrail hədəflərinə hücumları davam etdirəcəyini bildirib.

Digər məlumata görə, şənbə günü İraqın İslam Müqaviməti İsrailin Aralıq dənizindəki Hayfa limanına da raket atıb.