Yəməndə ABŞ və İsrail casusluğu uğursuzluğa uğrayıb

Yəmən mənbələri bazar günü gecə sözügedən ölkədə Amerika və İsrailin casusluq əməliyyatlarının uğursuzluğundan xəbər veriblər.

 Yəmənin təhlükəsizlik mənbəsi bu ölkənin kəşfiyyat orqanlarının ABŞ və İsrail rejiminin casusluq əməliyyatlarının qarşısını ala bildiyini bildirib.

Yəmənin təhlükəsizlik qurumları hadisənin təfərrüatlarını elan etməsələr də, bəzi araşdırmalardan sonra mediada bu barədə geniş izah verəcəkləri elan edilib.

Bu, Yəmən ordusunun Qəzza zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq Qırmızı dəniz və Bab əl-Məndəb boğazında işğal olunmuş ərazilərə gedən bir neçə Amerika, İngiltərə və İsrail gəmilərini hədəf alması ilə eyni vaxtda baş verir.