Hindistanda seçki: BJP-nin müsəlmanları və müxalifəti hədəf alan videoları reaksiyaya səbəb oldu

Hindistanda baş nazir Narendra Modinin partiyası ölkədəki müsəlmanları hədəf alan videolar paylaşıb. Müxalifət Konqresi BJP liderlərinə qarşı polisə şikayət edib.

Seçkilərin davam etdiyi Hindistanda Baş nazir Narendra Modinin Bharatiya Janata Partiyasının (BJP) müxalifət Konqresi və müsəlman icmasını hədəf alan animasiya videoları qəzəb doğurub.

Videolarda Konqresin bəzi əlverişsiz qəbilə və hindu kasta qrupları hesabına Hindistanın azlıqdakı müsəlman icmasına qeyri-mütənasib faydalar verdiyi göstərilir.

Konqres seçkilərə nəzarət orqanına, Seçki Komissiyasına şikayətində qeyd edib ki, video “iğtişaşları qızışdırmaq və müxtəlif dinlər arasında düşmənçiliyi təbliğ etmək məqsədi ilə” paylaşılıb.

BJP-nin informasiya və texnologiya rəhbəri Amit Malviya qeyd edib ki, Konqres videoya görə BJP liderlərinə qarşı polisə şikayət edib.

 

"Dələbəli quş" videosu

Hindu millətçi BJP-nin siması olan və ardıcıl üçüncü müddətə yenidən seçilmək istəyən Modi, kampaniyasını əsasən hökumətinin iqtisadi artım və rifah müavinətləri üzrə fəaliyyətinə yönəldib.

Lakin o, aprelin 19-da ritorikasını dəyişərək o, Konqresə və müsəlmanlara qarşı ittihamlar səsləndirib.

Mayın 4-də BJP-nin bir ştat vahidi tərəfindən paylaşılan və 8,5 milyon dəfədən çox baxılan 17 saniyəlik videoda Konqres lideri Rahul Qandiyə bənzəyən bir personaj, sonda digər imkansız qrupları təmsil edən papaqlı quşa “pul” verir. Üç quşu yuvasından itələyir.

Londondakı Vestminster Universitetinin siyasət professoru Nitaşa Kaul videonun “1930-cu illərin Almaniyasının karikaturası” olduğunu bildirib. Konqres seçkilərlə bağlı manifestində azlıqların təhsil, iqtisadi və sağlamlıq imkanlarından "ədalətli pay" almasını təmin edəcəyini bildirib.

Hindistanın 1,4 milyard əhalisinin 80 faizi hindular, 14 faizi (200 milyon) isə müsəlmanlardır.

Modinin Bharatiya Janata Partiyası (BJP) daha əvvəl müsəlmanları Banqladeş və Pakistandan Hindistana keçən qeyri-qanuni immiqrantlar kimi təsvir etmişdi.

Əksər sorğulara görə, Modinin və onun hindu millətçi Bharatiya Janata Partiyasının seçkilərdə qalib gələcəyi gözlənilir. Nəticələr iyunun 4-də elan olunacaq.