HƏMAS Qəzza zolağında atəşkəs təklifini qəbul etdi

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Misir və Qətərin atəşkəs təklifi ilə razılaşdığını açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, HƏMAS mayın 6-da axşam saatlarında bildirib ki, bu hərəkatın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Ali-Sani və Misir Kəşfiyyat İdarəsinin rəhbəri Seyid Abbas Kamil ilə telefon danışığı aparıb.

Bu telefon danışığında Həniyyə HƏMAS-ın Qəzzə zolağında atəşkəslə bağlı Qətər və Misirin təklifi ilə razılaşdığını açıqlayıb.
“Əl-Məyadin” telekanalı da Fələstin müqavimətinin liderlərindən birinə istinad edərək bildirib ki, vasitəçilər və HƏMAS atəşkəsin yaradılması ilə bağlı yeni və möhkəm düstur əldə ediblər və bu problem də həll olub.
O, HƏMAS-ın razılığa gəlmək üçün daha çox güzəştə getdiyini və hazırda topun sionist rejimin meydanında olduğunu bildirib.
HƏMAS liderlərindən olan Tahir əl-Nunu da deyib ki, atəşkəsin yaradılması, dağıntıların bərpası, fələstinli qaçqınların geri qaytarılması və məhbusların azad edilməsini ehtiva edən təkliflə razılaşdıq.