İsrail Nazirlər Kabineti “Əl-Cəzirə” telekanalının bağlanması təklifini yekdilliklə təsdiqləyib

İsrail hökuməti ölkədəki “Əl-Cəzirə” telekanalını bağlamaq qərarına gəlib.

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun X (keçmiş Twitter) rəsmi səhifəsində yerləşdirilmiş bəyanatda deyilir.

“Başçılıq etdiyim hökumət yekdilliklə qərar verdi: İsraildə təxribat xarakterli Əl-Cəzirə kanalı bağlanacaq”, - mesajda deyilir.