Qəssam Briqadalarından İsrailə zərbə

Qəssam Briqadaları Qəzza şəhərinin qərbində 15 İsrail əsgərini öldürdüklərini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İsrail rejiminin Fələstin və Qəzza zolağında qırğın hücumları aramsız davam edərkən, Qəssam Briqadaları sionistlərə qarşı əməliyyatları ilə bağlı bəyanat yayıblar.

Qəssam Briqadaları yazılı açıqlamada bildirib:

"Qəssam mücahidləri Qəzza şəhərinin qərbindəki Cavazat bölgəsində sıfır məsafədən 15 sionist əsgəri öldürdülər".

Açıqlamada işğalçı İsrail ordusuna aid zirehli gəminin də Yasin-105 raketi ilə hədəfə alındığı qeyd edilib.