Şeyx Sərdar Hacıhəsənlinin apellyasiya şikayətinə baxılıb

Aprelin 25 -də Bakı Apellyasiya Məhkəməsində saxta ittihamla şərlənərək 17 il azadlıqdan məhrum edilən ruhani Şeyx Sərdar Hacıhəsənlinin qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı qərardan apelyasiya şikayətinə baxılıb.
Keçirilən məhkəmə iclasında Şeyx Sərdarın şəxsi işi məhkəməyə gətirilib. Vəkil şəxsi işlə tanış olmaq üçün vaxt istəyib. Növbəti məhkəmə prossesi may ayının 16-si saat 11:10-a təyin olunub.
Qeyd edək ki, saxta ittihamla şərlənərək 17 il azadlıqdan məhrum edilən ruhani Şeyx Sərdar Hacıhəsənli 2024-cü ilin yanvar ayının 24-dən qayda pozuntusu bəhanəsi 3 ay 7 saylı Cəzaçəkmə Müəssisəsində"kars"da (cərimə təcridxanasında) saxlanılıb. 4 mart 2024-cü ildə vəkil və ailəsinə xəbər vermədən və vəkilin iştirakı olamdan online məhkəmə təşkil edərək Şeyx Sərdar haqqında 1 il müddətində həbsxana , qapalı tipli cəzaçəkmə müəssisəsi rejiminə (sabiq Qobustan həbsxanasına) köçürülməsi ilə bağlı qərar qəbul edilib.
Xatırladaq ki, hazırda Şeyx Sərdar Hacıhəsənli Appellyasiya Məhkəməsi ilə əlaqədar Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.
 
 
Maidə.az