AXCP üzvünə həbs cəzası verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Orxan Baxışlı saxlanılıb. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə fevralın 2-də fəalın anası Kəmalə Rəhimli məlumat verib. 

Onun sözlərinə görə, oğlu səhər işə getmək üçün evdən çıxıb, amma bundan sonra ondan xəbər almaq mümkün olmayıb. 

"İşə gəlib çıxmayıb, telefonuna da zəng çatmır. Ola bilsin ki, saxlanılıb. Çünki dünən Bəxtiyar Hacıyevin məhkəməsində müsahibə verərkən onu qıraraqdan polis əməkdaşı çəkirdi", - Kəmalə Rəhimli deyib. 

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev "Turan"-a bildirib ki, Baxışlı  İnzibati xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaqda) təgsirli bilinib və 30 sutka müddətinə həbs edilib.

Qərar Xətai məhkəməsi tərəfindən verilib.