ABŞ prezidenti İordaniya kralı ilə görüşdə Qüdsdəki gərgin vəziyyəti müzakirə edib

ABŞ prezidenti Co Bayden cümə axşamı Ağ Evdə İordaniya Kralı II Abdullahı qəbul edərkən Qüdsdə əl-Əqsa məscidi ilə bağlı “qanuni status-kvonu” dəstəklədiyini bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Bayden İordaniya kralı ilə özəl nahar zamanı “ABŞ və İordaniya arasında dostluğun yaxın və davamlı xarakterini” xatırladıb.

Əl-Əqsa məscidi kompleksi ətrafında artan gərginliyə toxunan Bayden Qüdsün müqəddəs yerlərində tarixi status-kvonun qorunmasının lazım olduğunu bir daha təsdiqləyib.

Bayden həmçinin açıqlamasında İordaniya Krallığının "Qüdsdəki İslami müqəddəs yerlərin mühafizəçisi kimi həlledici rolunu" dilə gətirib.

Fələstin-İsrail münaqişəsinə gəldikdə, Bayden Amerikanın "iki dövlətli həlli yolunu güclü şəkildə dəstəkləyən" mövqeyini yenidən açıqlayıb və Kral Abdullaha "yaxın tərəfdaşlığına və İordaniya ilə Yaxın Şərqdə sabitliyə nail olmaq üçün oynadığı rola" görə təşəkkür edib.