Aclıq aksiyasına qoşulanların sırasına daha üç məhbus əlavə edilib. Bunlar 8 saylı ciddi qapalı rejimli müəssisədən Etibar İsmayılov, 11 saylı müəssisədən Məmməd Quliyev və 1 saylı həbsxanadan Coşqun Balaşovdur.
Hər üç məhbus ölkədə hicablı şagirdlərin təhsil ocaqlarına gəlişinə qadağa qoyan qərarın qəbuluna etirazlarını bildirərək məktəblilərin təhsildən yayındırılmasını pisləyiblər.
Xatırladaq ki, Nazirlər Kabineti sentyabrın 21-də dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formasına dair qaydalara dəyişiklik edib.
Qərara əsasən, məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir.
Qərarda birbaşa hicab qadağan olunmasa da, qərarın icrası başlayan andan bütün təhsil müəssisələri öz qapılarını hicablı qızların üzünə bağlayıb.
Daha 3 məhbus hicab qadağasına görə aclıq aksiyasına qoşuldu

Oxşar xəbərlər