“Mən bu müsəlman ölkənin daxili işlərinə qarışmıram, lakin biz yaxşılığa çağıran və pisliyi qadağan edənlər olaraq Allah qarşısında məsuliyyət daşıyırıq ki, xəbərdarlıq edək, fikrimizi bildirək və nəsihət verək.”
Bu fikirləri İraqda Sədr hərəkatının lideri Müqtəda əs-Sədr Azərbaycanda orta məktəblərdə hicablı uşaqların təhsil ocaqlarına buraxılmamasını təhlil edərək bildirib. O, əlavə edib ki:
“Belə qərarlar sizin ölkənizdə mülayimlik və mötədillik nümunəsi olacaq bir ölkədə ekstremizmi aktivləşdirir, təşviq edir və alovlandırır.
Qəribədir ki, dünyəvilər dünyəviliyin İslamlaşmaya və İslam prinsiplərinə əsaslanan qanunvericiliyə düşmənçilik və qarşı çıxmaq demək olduğunu düşünürlər. Halbuki dünyəvilik azadlıq və şəxsi azadlıqlara müdaxilə etməmək üzərində qurulmalıdır.
Əgər düşünürsünüz ki, hicabı qadağan etmək qərarı cəmiyyətin dünyəviləşməsinə və qadınların örtünmə və hicab məhdudiyyətlərindən azad olmasına yol açacaq, səhv edirsiniz.
Hicab qadağası bir tərəfdən təmiz əxlaqlı qadınları hicaba daha çox təşviq edəcək, digər tərəfdən isə bu qərara tabe olanları dünyəvi ehtiras və ləzzətlərin əsirinə çevirəcək.
Bu, siyasi bir qərardır və məqsədi mötədil İslamı kənarlaşdırmaq və dünyəvilərin dövlət üzərində nəzarətini möhkəmləndirməkdir.
Bu məqsədə çatmaq sadəcə bir xəyaldır; sizdən əvvəl bəzi ölkələr, məsələn Tunis, hicabı, orucu və oxşar şeyləri qadağan etməklə belə bir yol tutdular. Türkiyə də bu istiqamətdə tədbirlər gördü, lakin hicablı qadınların sayı artdıqca bu qadağaları götürdü.
Buna görə də digər ölkələrin təcrübəsindən ibrət alın və belə qərarların nəticələrini nəzərdən qaçırmayın.”
Müqtəda Sədr Azərbaycan məktəblərindəki hicab qadağasını qınayıb

Oxşar xəbərlər