02 June 2025
İyunun 2-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında sülh sazişi ilə bağlı danışıqlar baş tutub. Görüş bir saatdan çox davam edib.
Yəmən İsrailə raket hücum edib - 300 rayonda həyəcan siqnalları işə salınıb
İsrail mediası Yəmənin işğal olunmuş ərazilərə raket hücumu etdiyini və 300 şəhər və qəsəbədə həyəcan sireninin işə salındığı barədə məlumat yayıb.
Sionist mediası Yəmənin raket hücumundan sonra mərkəzi bölgədə və Təl-Əvivdə həyəcan sirenlərinin səsləndiyini bildirib.
Azərbaycanla İran arasında su bölgüsü və Araz su anbarının iş rejimi müəyyənləşdirilib
Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 54-cü görüşü Bakı şəhərində keçirilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Qırmızı Xaç: “Ən az 21 fələstinli yardım paylama məntəqəsində öldürülüb”
İyunun 1-də Qəzza zolağının cənubunda yardım götürmək üçün toplaşan fələstinlilər silahlı hücuma məruz qalıb.
Qəzzaya nəzarət edən HƏMAS qruplaşması və bir neçə şahid İsrail ordusunun atəş açmaqda məsuliyyət daşıdığını bildiriblər.
HƏMAS rəsmiləri 31 fələstinlinin öldürüldüyünü qeyd ediblər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli şöbəsi isə ən az 21 nəfərin qəlpə və güllə yaralarından öldüyünü deyib.
Elgün İbrahimov üçün aksiyada 50-dən çox şəxsin saxlanıldığı bildirilir
Gəncədə ölən 18 yaşlı məktəbli Elgün İbrahimov üçün iyunun 1-də Bakıda keçirilən etiraz aksiyasında 50-dən çox şəxsin saxlanıldığı bildirilir.
Bu barədə feminist fəal Gülnara Mehdiyeva “Facebook” səhifəsində adını açıqlamadığı mənbəyə əsasən yazıb.
O qeyd edib ki, polis aksiyanın planlaşdırıldığı “28 May” metrostansiyası ərazisindən keçən çox sayda insanı saxlayaraq bölmələrə aparıb, hər birinin telefonunu müsadirə edib, şəxsi mesajları yoxlamıb.
İsrail tibbi yardımla yüklənmiş 3000 yük maşınının əraziyə girişini əngəlləyir
Qəzza zolağının Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş bildirib ki, İsrail tibbi yardım daşıyan təxminən 3000 yük maşınının mühasirəyə alınan əraziyə daxil olmasına mane olub.
Burş sosial media hesabından verdiyi açıqlamada İsrailin ABŞ-ın dəstəyi ilə bölgədə “soyqırım” həyata keçirdiyini qeyd edib.
“Bizim və İsrailin ortaq düşmənləri var”
Suriyada hakimiyyətə gəldikdən sonra Colani, İsrailin Suriyanın cənubunu işğal etməsindən bəhs etmədən iş adamına deyib: “Mən ölkəni idarə etmək məqsədi daşımamışam. Qəbul etdim, çünki Suriyanın indi səhifəni çevirməsi lazımdır!”
Los Angeles Jewish Journal Colaninin ABŞ prezidentinin yaxın müttəfiqi olan tanınmış amerikalı iş adamı ilə müsahibəsindən çıxarışlar dərc edib.
İsraillə əlaqələrini kəsdi
İtaliyanın şimalındakı Emiliya-Romanya Regional Rəhbərliyi İsrailin Qəzzaya hücumları səbəbilə İsrail hökuməti ilə bütün rəsmi əlaqələri kəsdiyini açıqlayıb.
İsrailin Qəzzaya soyqırım hücumları və Qəzza xalqına humanitar yardımların çatdırılmasına mane olması İtaliyada reaksiyalar verməyə davam edir. Ölkənin cənubundakı Apuliya Regional Hökumətinin ardınca daha bir bölgə İsrail hökuməti ilə rəsmi əlaqələri kəsmək qərarına gəlib.
Dembele ÇL-nın ən yaxşısı seçildi
UEFA Çempionlar Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Bu ada PSJ-nin hücumçusu Usman Dembele layiq görülüb.
28 yaşlı hücumçu turnirdə 15 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə verib. Final qarşılaşmasında isə Dembelenin hesabında 2 qol ötürməsi olub.
75 mindən çox Hacc zəvvarı qaydaları pozduğuna görə geri göndərilib
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi “icazəsiz Hacc” yoxlamaları çərçivəsində 75 mindən çox insanın Hacc qaydalarını pozduğuna görə geri göndərildiyini açıqlayıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyi nəzdində ictimai təhlükəsizlik müdiri general-leytenant Məhəmməd əl-Bəssami Məkkədə mətbuat konfransı keçirib.
Haqqı batildən ayırmaq üçün elmi və əqli miqrasiya lazımdır
Ayətullah Cavadi Amuli elmi hicrəti haqqı batildən ayırmaq üçün zəruri ilkin şərt və Allah yolunda cihad üçün əsas kimi qiymətləndirib.
O, “Nəhcül-bəlağə” 173-də hikmətli kəlamlara işarə edərək: “Elmi düşüncədən və hicrətdən qaçan şəxs eyni ibtidai səviyyədə qalır və haqqı batildən, hidayəti zəlalətdən, çirkinliyi gözəllikdən ayıra bilməz”.
Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçması zamanı 1 nəfər dünyasını dəyişib (yenilənib)
Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub, bir məhkum xəsarət alıb. Ötən gün gündüz saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçmuş, nəticədə bir nəfər məhkum xəsarət almışdır.
Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verərək müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmadığını bildirib.
ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsini dayandırıb
Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqinə fasilə verilməsi barədə göstəriş verib.
Bu barədə bazar günü mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Rusiyanın hücumları nəticəsində Zaporojyedə 5 nəfər ölüb, Sumı və Xarkovda yaralananlar var
Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində 5 nəfər həlak olub.
Sumı və Xarkov vilayətlərində isə bir neçə nəfər yaralanıb.
Yaralılar arasında uşaqlar da var.