Hüquq müdafiəçisi, "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə başlayır.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hüquq müdafiəçisi R.Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin qəsdən bədənə az ağır xəsarət yetirmə), külli miqdarda ziyan vurmaqla dələduzluq və xuliqanlıq maddələrilə ittiham irəli sürülüb.
Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb.
O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib.
2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Daha sonra o, hüquq müdafiəsi fəaliyyətinə başlayıb.
Rüfət Səfərovun işi məhkəməyə göndərilib