Azərbaycanın dövlət neft şirkəti SOCAR Almaniyanın dövlət enerji şirkəti SEFE ilə 10 illik qaz təchizatı haqda müqavilə imzalayıb.
Bu barədə iyunun 10-da “Azərtac” xəbər verib.
Razılaşmaya əsasən, SOCAR SEFE-yə təbii qaz tədarük edəcək və illik həcm tədricən 1.5 milyard kub metrədək artacaq.
SEFE-dən mətbuat üçün verilən bəyanatda bildirilir ki, tədarükə bu il start veriləcək.
SEFE-nin icraçı direktoru deyib ki, yeni müqavilə Azərbaycan və Almaniya arasındakı “güclü əlaqələrin sübutudur”.
“Bu tərəfdaşlıqla biz Avropaya böyük həcmdə qazın çatdırılması üçün yeni bir marşrut qururuq, bununla da portfelimizi şaxələndirir və müştərilərimizin təchizat təhlükəsizliyini artırırıq," – o bildirib.
SEFE Almaniya dövlətinə məxsus beynəlxalq enerji şirkətidir və 50,000 müştərini enerji ilə təmin edir.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən sonra Avropa İttifaqı Rusiya enerjisindən imtina edib və əvəzində Azərbaycana üzünü tutub.
Lakin əksər müşahidəçilər Rusiyanın Azərbaycan vasitəsilə hələ də öz qazını Avropaya ötürdüyünü iddia edir.
Azərbaycanın insan haqları sahəsindəki ağırlaşan vəziyyətinə və ölkə daxilində azsaylı tənqidçilərə qarşı davam edən təzyiqlərə baxmayaraq, Avropa İttifaqı Bakı ilə sıx əməkdaşlığına görə tənqidlərə məruz qalır.
SOCAR Almaniya ilə 10 illik qaz razılaşması bağlayıb