AXCP üzvü Murad Sultanın saxlanıldığı ehtimal edilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının sədri Murad Sultanlının “yoxa çıxdığı” bildirilir.
“Azadlıq” qəzetinin partiyaya istinadən yaydığı məlumata görə, Murad Sultanlı ilə dekabrın 16-sı günorta saatlarından etibarən əlaqə yaratmaq mümkün deyil.
Partiya üzvlərindən bəziləri sosial şəbəkələrdə AXCP funksionerini polisin saxladığını iddia ediblər. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) hələlik açıqlama verməyib.
AXCP bildirir ki, partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü müxtəlif ittihamlarla həbsdədir və bu həbsləri siyasi motivli sayır. Rəsmilər isə ölkədə siyasi həbslərlə bağlı iddiaları “əsassız” adlandırırlar.
Yerli hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.