Yəmən Ənsarullah Hərəkatının lideri bu il Qurban bayramının, Fələstin xalqının Sionist rejimin ABŞ-ın ortaqlığı və müsəlmanların səssizliyi fonunda həyata keçirdiyi soyqırım cinayətləri ilə dünyanın daha əvvəl görmədiyi bir fəlakətin içində qarşılandığını bildirib.
Ənsarullah Hərəkatının lideri Seyyid Əbdülməlik əl-Husi Qurban bayramı münasibətilə etdiyi çıxışında Fələstin xalqının vəziyyətinə toxunaraq belə deyib:
“Bu il Qurban bayramını, Fələstin xalqının Sionist rejimin ABŞ-ın ortaqlığı və ərəblərlə müsəlmanların misli görünməmiş hərəkətsizliyi fonunda həyata keçirdiyi soyqırım və cinayətlərlə qarşılayırıq. Dünya daha əvvəl bənzərinə şahid olmadığı bir fəlakəti yaşayır.”
Əbdülməlik əl-Husi, ərəb və İslam ölkələrinin mövqeyini tənqid edərək belə ifadələr işlədib:
“Ərəb ölkələrində və dünyanın digər bölgələrində müsəlmanların utancverici hərəkətsizliyi, eləcə də bəzi ərəb və İslam hökumətlərinin sionist yəhudilərin cinayətlərinə şərik olması böyük bir rüsvayçılıqdır.”
Əl-Husi əlavə edib:
“Sionist düşmən milyonlarla fələstinlini zorla öz yurdlarından çıxarma cinayətini törədir, onların geri dönmək hüququnu tapdalamaqda davam edir. Bununla kifayətlənməyərək, Amerikanın açıq şəkildə cinayət ortaqlığı ilə milyonlarla fələstinlini Qəzzə və İordan çayının qərb sahilindən köçürməyə çalışır.”
O həmçinin vurğulayıb:
“Sionist düşmən, Qərb sahilində yeni yaşayış məntəqələri inşa ediləcəyini elan etməklə fələstinlilərə qalan torpaqları da ələ keçirməyə çalışır. Bu isə həmin rejimin bütün beynəlxalq razılaşmaları, qərarları və təşəbbüsləri tamamilə heçə saydığını açıq şəkildə nümayiş etdirir.”
Ənsarullah lideri müsəlmanların İsrailin cinayətlərinə qarşı səssizliyini pisləyib