Qəzzada ölənlərin sayı 61 897 nəfərə çatıb

İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına etdiyi hücumlarda həlak olan şəhidlərin sayı son 24 saatda 70 nəfər artaraq 61 min 897 nəfərə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, soyqırımçı İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Bu gün Qəzza zolağında 70 şəhid və 385 yaralının xəstəxanalara çatdırıldığı bildirilib.

Beləliklə, 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına qarşı başlatdığı hücumlarda şəhid olanların sayı 61 min 897, yaralıların sayı isə 155 min 660-a yüksəlib.

İsrail ordusunun yanvarın 19-da razılaşdırılmış atəşkəs rejiminin pozulmasının ardınca martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 10 min 362 fələstinlini şəhid edib, 43 min 619 nəfəri yaraladığı bildirilir.

Qəzza zolağında minlərlə ölü hələ də dağıntılar altında qaldığı bildirilir.

İsrailin rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fondunun qurduğu sözdə yardım paylama məntəqələrində fələstinliləri hədəf alan sistematik hücumlarda son 24 saatda 26 fələstinlinin şəhid olduğu, 175 nəfərin yaralandığı bildirilir.

Beləliklə, mayın 27-dən bu yana şəhidlərin sayı 1924-ə, yaralananların sayı isə 14288-ə yüksəlib.

Bildirilib ki, sionist İsrailin sərhəd-keçid məntəqələrini bağlaması və yardımları məhdudlaşdırması, aclığa səbəb olan son 24 saat ərzində Qəzzada biri uşaq olmaqla, daha 11 nəfərin şəhid olub.

Aclıq və qida çatışmazlığından şəhid olanların sayı da 108-i uşaq olmaqla 251 nəfərə çatıb.