Ukrayna Rusiyanın raket üçün helium qazı istehsal edən yeganə zavodunu vurub

Ukrayna kəşfiyyatının dronları Orenburq Helyum Zavoduna zərbə endirib.

Bu barədə “UNİAN“a Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr məlumat verib.

Mənbənin bildirdiyinə görə, adıçəkilən müəssisə Rusiyada raket istehsalı, kosmik sənaye və aviasiya sənayesində istifadə olunan kritik əhəmiyyətli komponenti istehsal edən yeganə zavoddur.

Hadisə şahidləri bölgədə pilotsuz uçuş aparatlarının uçuşunu gördüklərini və zavod ərazisində bir neçə partlayış baş verdiyini bildiriblər.

Qeyd edilib ki, Orenburq Helyum Zavodu Avropada helium qazı istehsal edən ən böyük zavodlardandır.