Husilər İsraildə 4 obyektə PUA-larla hücum edib

Yəmənin Ənsarullah hərəkatı İsraildə yerləşən 4 hədəfə 6 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Bu barədə Husi müqavmətçilərinin hərbi nümayəndəsi Yəhya Sariya məlumat yayıb.

Onun sözlərinə görə, hücumlar Hayfa, Negev, Umm-er-Rəşraş və Beerşeva bölgələrindəki İsrailin 4 mühüm obyektinə yönəldilib.

Hücumla bağlı həmişəki kimi İsrail tərəf hər hansı açıqlamadan çəkinib.