Marneuli və Hucabi yepiskopu Giorgi Jamdeliani iddia edir ki, hakimiyyətə yaxın şəxslər onun qətlini planlaşdırırdılar və bunun üçün bir rahibəni ələ almışdılar.
O, bu barədə kilsə ambionundan danışıb. Din xadimi deyib ki, onu rahibənin əli ilə öldürmək istəyirlərmiş.
"Bu gün həmin şəxs çağırıldı, ona ittiham irəli sürüldü, hər şey dinlənildi və mən, episkopluğun ruhani rəhbəri və hakimi kimi, hökm çıxardım ki, o, satqındır, Yəhuda kimidir, mənim qətlimi, məhv edilməyimi hazırlayırdı. O, bir il ərzində mənim rahibəmi ələ almışdı, o rahibə iqamətgahda yaşayırdı və ona müəyyən tapşırıqlar verilirdi.
Bu adam yüksək vəzifəlidir və konkret olaraq təhlükəsizlik orqanının əməkdaşıdır. Bu şəxs gizlədilmir – döyüldü və mühafizəçiləri ilə birlikdə buradan quyruğunu qısıb qaçdı. Təbii ki, mən ona əl vurmadım, çünki mən yepiskop kimi yüksək dözüm öhdəliyinə malikəm və indi ondan hər cür təxribat gözlənilə bilər.
Məncə, onun arxasında müəyyən qüvvələr dayanır. Bu şəxs hökumətin hazırkı üzvüdür. Əgər hakimiyyət ondan uzaq durmasa, mənim üçün bir çox şey aydın olacaq"– deyə Giorgi Jamdeliani qeyd edib və "O" deyə adlandırdığı şəxsin kimliyin açıqlamayıb.
Din xadimi əlavə edib ki, rahibə hər şeyi ona etiraf edib və ifşa olunan şəxslər arasında yepiskopun zərərsizləşdirilməsini planlaşdıran adam da var.
Jamdelianidən müzakirələrə səbəb olacaq açıqlama: "Məni öldürmək istəyirlər..."