Avstriyada məktəbə hücum

Avstriyanın Qraz şəhərində məktəbdə baş verən atışma nəticəsində azı 8 nəfər həlak olub. Ölənlərin sayının artacağı ilə bağlı ehtimallar var. Daxili işlər naziri məktəbə hücum zamanı çoxlu sayda insanın öldüyünü təsdiqləsə də, dəqiq sayı açıqlamayıb.

Avstriya mətbuatında yayılan təsdiqlənməmiş məlumatlara görə, hücum nəticəsində azı 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Şahidlər məktəb daxilində təxminən 20 atəş səsi eşitdiklərini bildiriblər. Avstriyanın daxili işlər naziri Gerhard Karner məktəbə hücumda çoxlu adamın öldüyünü təsdiqləsə də, dəqiq sayı açıqlamayıb.