Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyunun 6-da Qurban bayramı ilə əlaqədar Tbilisi Cümə məscidini ziyarət edib.
Məlumata əsasən, İrakli Kobaxidze bayram münasibətilə ölkə müsəlmanlarını təbrik edib. Hökumət başçısı deyib ki, Gürcüstanda yaşayan müxtəlif etnik və dini mənsubiyyətə məxsus insanlar birgə dinc şəraitdə yaşayıblar. Bildirib ki, Gürcüstanın müsəlman icması ölkənin qurulması və inkişafına mühüm töhfə verir.
Onun sözlərinə əsasən, Gürcüstan hökuməti də onların fəaliyyətini yüksək qiymətləndirib və onların qayğısına qalır. Baş nazir deyib: “Çox şadam bu bayramı sizinlə birlikdə qeyd edirik. Sizi bir daha təbrik edirəm və Sizə sülh və əminamanlıq arzulayıram”.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze də müsəlmanların müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev və Şərqi Gürcüstanın müftisi Etibar Eminov İrakli Kobaxidzeyə diqqətə görə minnətdarlıq ediblər.
Bayram tədbirində Gürcüstanın dövlət və hökumət rəsmiləri, deputatlar, müsəlman ölkələrin Tbilisidəki diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sonra Baş nazir məscidin imamları və din xadimləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Az.shafaqna.com
Gürcüstanın Baş naziri Qurban bayramı ilə əlaqədar Tbilisi Cümə məscidini ziyarət etdi