Marşal adaları bayrağı altında üzən və neft məhsulları daşıyan Talara tankeri İran sularında saxlanılıb

İran İnqilab Keşikçiləri Korpusunun dəniz təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, Marşal adaları bayrağı altında üzən və neft məhsulları daşıyan Talara tankeri İran sularında saxlanılıb. Gəminin meneceri isə ekipajla əlaqəni itirdiyini bildirib.
Reuters agentliyinin mənbələri cümə günü bildiriblər ki, tanker daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin sahillərində üzürmüş və BƏƏ-nin Şarja şəhərindən Sinqapura gedən yolda yüksək kükürdlü benzin yükünü Hind okeanı vasitəsilə daşıyırmış.
Gəmi Kiprdə yerləşən Pasha Finance şirkətinə məxsusdur. Pasha Finance isə jurnalist araşdırmalarında bilindiyi kimi İlham Əliyevin ailəsinə məxsusdur.
Tanker İran İnqilab Keşikçiləri (SEPAH) tərəfindən dənizdə tutularaq İran sahillərinə istiqamətləndirilib.
BƏƏ və İran xarici işlər nazirlikləri şərh sorğusuna cavab verməyib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu son illərdə tez-tez qaçaqmalçılıq, texniki pozuntular və ya hüquqi mübahisələr kimi dəniz pozuntularını əsas gətirərək Körfəz sularında ticarət gəmilərini ələ keçirib.İran İnqilab Keşikçiləri Korpusunun dəniz təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, Marşal adaları bayrağı altında üzən və neft məhsulları daşıyan Talara tankeri İran sularında saxlanılıb. Gəminin meneceri isə ekipajla əlaqəni itirdiyini bildirib.
Reuters agentliyinin mənbələri cümə günü bildiriblər ki, tanker daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin sahillərində üzürmüş və BƏƏ-nin Şarja şəhərindən Sinqapura gedən yolda yüksək kükürdlü benzin yükünü Hind okeanı vasitəsilə daşıyırmış.
Gəmi Kiprdə yerləşən Pasha Finance şirkətinə məxsusdur. Pasha Finance isə jurnalist araşdırmalarında bilindiyi kimi İlham Əliyevin ailəsinə məxsusdur.
Tanker İran İnqilab Keşikçiləri (SEPAH) tərəfindən dənizdə tutularaq İran sahillərinə istiqamətləndirilib.
BƏƏ və İran xarici işlər nazirlikləri şərh sorğusuna cavab verməyib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu son illərdə tez-tez qaçaqmalçılıq, texniki pozuntular və ya hüquqi mübahisələr kimi dəniz pozuntularını əsas gətirərək Körfəz sularında ticarət gəmilərini ələ keçirib.