Son 14 ildə AÇG yatağında neft hasilatı 2,3 dəfə azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının platformalarından 89 milyon barel (12 milyon ton) neft hasil edilib.
Bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.
Hesablamalar göstərir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi hasilat isə 4,3% və ya 4 milyon barel azalıb.
14 il əvvəllə – 2012-ci ilin ilk 9 ayının nəticəsilə müqayisədə AÇG-də hasilat 2 dəfə və ya 98,7 milyon barel azalıb.
AÇG yatağında hasilat və quyuların sayı (3-cü rüb üzrə):
2012: 187,4 milyon barel – 94 quyu
2013: 181 milyon barel – 105 quyu
2014: 179 milyon barel – 113 quyu
2015: 175 milyon barel – 130 quyu
2016: 176 milyon barel – 159 quyu
2017: 160 milyon barel – 147 quyu
2018: 161 milyon barel – 170 quyu
2019: 148 milyon barel – 173 quyu
2020: 132 milyon barel – 170 quyu
2021: 126 milyon barel – 174 quyu
2022: 114 milyon barel – 178 quyu
2023: 100 milyon barel – 189 quyu
2024: 93 milyon barel – 202 quyu
2025: 89 milyon barel – 203 quyu
AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), ARDNŞ (31,65%), MOL (9,57%) (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,92%) şirkətləridir.