Rəqibinə ağlasığmaz həbs cəzası verdirmək istəyən Ərdoğanın bu addımı onun güclü siyasi lider deyil, adi bir avtokrat olduğunu sübut edir.
İstanbul Baş Prokurorluğu şəhərin bələdiyyə sədri, Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu haqqında ittiham aktını məhkəməyə göndərib. Məlum olduğu kimi, İmamoğlu martın 19-da polis tərəfindən saxlanılaraq barəsində həbs qəti imkan tədbiri seçilib.
Həbsin səkkizinci ayında prokurorluq nəhayət ki, ittihamnaməni tamamlayaraq elan edib.
Mütəşəkkil cinayətkar dəstənin lideri kimi təqdim olunan və 142 cinayət əməlində təqsirləndirilən Əkrəm İmamoğlunun ümumilikdə 828 ildən 2352 ilə qədər həbs cəzasına məhkum edilməsi tələb olunur.
İttiham aktı 3739 səhifədən ibarətdir. Məhkəmə heyətinin bu həcmdə işlə tanış olması üçün cəmi 15 gün vaxtı var. Onlar bu müddətdə ittihamnaməni məhkəmə icraatına qəbul edib-etməmək barədə qərar verməlidirlər.
İstər-istəməz Türkiyənin yaxın keçmişindəki məşhur “Ergenekon”, “Balyoz” və digər siyasi mahiyyətli cinayət işləri yada düşür. 2008-ci ildə başlayan “Ergenekon” əməliyyatı ilə bağlı minlərlə səhifədən ibarət bir neçə ittiham aktı tərtib edilmişdi.
2010-cu ildə buna “Balyoz” dosyesi də əlavə olundu. Bu cinayət işlərinə baxan "fətullahçı" hakimlər ittiham olunanları ömürlük həbs də daxil olmaqla, uzunmüddətli cəzalara məhkum etmişdilər. Lakin 2013-cü ilin dekabrında AKP hökuməti ilə Fətullah Gülən icması arasında başlayan qarşıdurmadan və onun pik nöqtəsi olan 16 iyul 2016-cı il çevriliş cəhdindən sonra “Ergenekon-Balyoz işləri” üzrə həbs olunanlar (o cümlədən sonradan Azərbaycan müdafiə nazirinin müşaviri olmuş general Bəxtiyar Ersay) azadlığa buraxıldı və bəraət hökmləri aldılar.
Prezident Ərdoğan “Rəbbim və millətim məni əfv etsin” deyərək bəyan etmişdi ki, bu qanunsuzluqlarda iştirakı yoxdur və FETÖ-cülər onu aldadıblar. Halbuki Ərdoğan “Ergenekon” həbsləri başlayanda o zamankı CHP lideri Dəniz Baykalla qiyabi polemikasında bildirmişdi ki, “mən bu işin prokuroruyam”.
Qeyd etmək zəruridir ki, adları çəkilən cinayət işləri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı və ali komandanlıq başda olmaqla, ümumilikdə “kamalist” dövlət sistemini hədəf almışdı və bu məsələdə Ərdoğanla Fətullah Gülən müttəfiq idi. Polis-prokurorluq-məhkəmə sistemində şəbəkələşmiş "fətullahçı"ların vasitəsilə həyata keçirilən kütləvi repressiyalar nəticəsində Ərdoğan “kamalist” sistemi darmadağın edə bildi. “Ümumi düşmən” məğlub edildikdən sonra müttəfiqlər “qəniməti”, yəni dövlət aparatını bölüşmək istəmədilər və öz aralarında savaşa başladılar.
İndi tarix sanki yenidən təkrarlanır. İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) dosyesi ilə tanış olan müstəqil hüquqşünaslar, jurnalistlər və müxalif siyasətçilər istər məzmun, istər üslub baxımından “Ergenekon-Balyoz işləri” ilə ciddi bənzərlik olduğunu bildirirlər.
Çox böyük həcmdə ittihamnamə təqdim etmək İmamoğlu və ətrafının nə qədər ağır və çoxsaylı cinayət əməlləri törətdiyi barədə ictimai rəy formalaşdırmağa yönəlib. Bu, vaxtilə alman faşistlərinin məhur liderinin məlum kitabında ifadə etdiyi “Böyük yalan” (Große Lüge) siyasi təbliğat texnikasıdır.
Adolf Hitler iddia edirdi ki, insanlar “həqiqətlərin ifrat dərəcədə, həyasızcasına təhrif ediləcəyinə inanmadıqları üçün” böyük yalanları həqiqət kimi qəbul edə bilərlər. İstanbul Prokurorluğunun ittihamnaməsi də ilk növbədə insanları dəhşətə gətirməyə, müxalif kütlələr arasında xof yaratmağa və onları mübarizədən çəkindirməyə hesablanıb. Digər məqsəd isə odur ki, məhkəmə prosesi mümkün qədər uzansın və o müddətdə İmamoğlu həbsdə qalsın.
Çünki İmamoğlu başda olmaqla ittiham edilən 402 nəfərin hər epizod üzrə müdafiə olunması, çoxsaylı şahid ifadələrinin dinlənilməsi və onların sorğulanması illərlə davam edə bilər. Lakin prokurorluq hər ehtimala qarşı, məhkəmə tərəfindən həbs qəti imkan tədbirinin dəyişdirilməsi ehtimalını da nəzərə alaraq, ittiham aktını məhkəməyə təqdim etməzdən əvvəl Əkrəm İmamoğluna qarşı casusluq ittihamı irəli sürərək o iş üzrə də həbs qəti imkan tədbiri seçilməsinə nail olub. Əslində ciddi, təkzibolunmaz dəlil-sübutlar varsa, uzağı bir neçə yüz səhifəlik aydın, konkret ittihamnamə hazırlamaq kifayət edərdi.
İttiham aktı istər 3700, istərsə 37 000 səhifə olsun, bu məsələnin siyasi xarakter daşıdığına şübhə yoxdur. Əlbəttə, bu sənədin hüquqi baxımdan sıfır səviyyəsində olduğunu söyləmək çətindir. Məsələn, orada bələdiyyə tenderlərində bəzi iş adamlarından rüşvət tələb edildiyinə dair iddialar və şahid ifadələri var. Əgər bu şahidlər məhkəmədə öz ifadələrini təsdiqləsələr, ittiham olunanlar və müdafiə tərəfi bunlara cavab verməlidirlər.
Qeyd etmək lazımdır ki, Türkiyədə bələdiyyələr yerli idarəçilikdə çox geniş səlahiyyətlərə malik olan və ciddi məbləğdə büdcəyə sərəncam verən mühüm institutlardır. Xüsusən də İstanbul Böyükşəhər Bələdiyyəsi təxminən 10 milyard dollarlıq büdcəsi və 95 mindən çox əməkdaşı ilə nəhəng strukturdur və buradakı işlərlə bağlı hüquq-mühafizə orqanlarının sualları ola bilər. Amma bələdiyyələr (xüsusilə CHP bələdiyyələri) müvafiq dövlət orqanları tərəfindən davamlı yoxlanılır.
Məlumdur ki, Əkrəm İmamoğlu 2019-cu ildə seçildiyi gündən bəri Ərdoğan rejiminin diqqət mərkəzində olub və onun dövründə İBB-də Daxili İşlər Nazirliyinin və Hesablama Palatasının (Türkiyədə “Sayıştay” adlanır) müfəttişləri tərəfindən 1009 dəfə yoxlama aparılıb. Hətta müfəttişlərin hər gün bələdiyyəyə gəlib-getdiyini görən İmamoğlu onlara ayrıca kabinet də ayırıb ki, orada rahat oturub işləsinlər. Bu yoxlamalar nəticəsində ciddi bir qanun pozuntusu aşkarlanmayıb.
Belə çıxır ki, dövlət müfəttişlərinin çoxsaylı yoxlamalarda üzə çıxara bilmədiyi qanunsuzluqları prokurorlar aşkarlaya biliblər. Bu, təbii ki, mediaya açıq məhkəmə prosesində aydınlaşacaq.
İstanbul Baş Prokurorunun kimliyi də işin siyasi mahiyyətinə dəlalət edən başqa faktdır. Baş prokuror Akın Gürlek 2024-cü ilin oktyabrında bu vəzifəyə təyin olunana qədər ədliyyə nazirinin müavini idi. Nazir müavini siyasi vəzifədir və hakim partiyanın üzvləri, prezidentə sadiq şəxslər arasından təyin olunur.
A. Gürlekin məhz Əkrəm İmamoğlunun prezidentliyə namizədliyini hüquqi yolla əngəlləmək üçün Ərdoğan tərəfindən İstanbula göndərildiyi hər kəsə məlumdur.
Həbsdən saatlar əvvəl İmamoğlunun ali təhsil diplomunun ləğvi qərarının arxasındakı siyasi düşüncə o qədər barizdir ki, Türkiyədə iqtidarın ən qatı tərəfdarları da bu addımı qanunla, hüquqla əsaslandıra bilmir. Bu düşüncə ondan ibarətdir ki, İmamoğlunun fiziki təcridi yetərli deyil, onun ümumiyyətlə prezidentliyə namizədlik haqqını əlindən almaq lazımdır.
Bu addım özlüyündə İmamoğluna qarşı rüşvət və korrupsiya ittihamlarına şübhə etməyə də əsas verir. Əgər o, həqiqətən rüşvətxordursa, bu qədər bəd əməlin sahibidirsə, onsuz da iqtidarın onun namizədliyindən çəkinməsinə gərək yoxdur, bu faktları ictimaiyyətə təqdim etmək kifayət edərdi. Xalq “bələdiyyə büdcəsini talan etmiş, dövlətə milyardlarla zərər vurmuş” bir adamı niyə prezident seçsin və dövləti belə bir adama etibar etsin?!
Aydındır ki, irəli sürülən ittihamların nə dərəcədə əsaslı olduğunu hakimiyyət hamıdan yaxşı bilir. Əgər hakimiyyət ittihamların doğru, əsaslı olduğuna əmindirsə, onda məhkəmənin canlı yayımda keçirilməsi barədə İmamoğlunun tələbini qəbul etməli və onun bütün xalqın gözü önündə biabır olmasına şərait yaratmalıdır.
İmamoğlu qazandığı ictimai nüfuz, ətrafına topladığı komandası, dinamizmi və liderlik məziyyətləri ilə Ərdoğan rejimi üçün böyük təhlükəyə çevrilmişdi. İstanbul kimi Türkiyənin hər yerindən insanların toplaşdığı və ölkənin sosial-demoqrafik mozaikasını əks etdirən 16 milyonluq meqapolisdə hakim partiyanı üç dəfə məğlubiyyətə uğratmış Əkrəm İmamoğlu prezident Ərdoğanın əsəblərini tarıma çəkmişdi.
Əvvəlcə 13 il ərzində partiyanı məğlubiyyətdən məğlubiyyətə aparan, 2023-cü il seçkilərindən sonra isə əslində rejimin maraqlarına xidmət etdiyi (bilərək və ya bilməyərək) ortaya çıxan Kamal Kılıçdaroğlunun CHP liderliyindən uzaqlaşdırılmasında və ardınca keçirilən bələdiyyə seçkilərində CHP-nin 47 ildən sonra Türkiyənin birinci partiyasına çevrilməsində həlledici rol oynayan Ə.İmamoğlu qarşıdakı prezident seçkilərinin favoriti idi.
Lakin Ərdoğan onunla seçki rəqabətinə girmək istəmədi və bütün avtoritar liderlərin klassik davranış üsulu olan repressiyaya əl atdı. Ərdoğanın bu addımı onun zənn edildiyi qədər güclü siyasət mühəndisi və “seçki canavarı” olmadığını sübut edir. O da digər avtokratlar və diktatorlar kimi nəyin bahasına olursa-olsun, hakimiyyəti əlində saxlamaq istəyir.
Ərdoğan qarşıdakı seçkilərdə də öz namizədliyini irəli sürmək niyyətindədir. Konstitusiya buna yalnız o halda imkan verir ki, Böyük Millət Məclisi azı 360 səslə erkən seçki qərarı versin. Cumhur İttifaqının (AKP-MHP) 360 səsi yoxdur və müxalif partiyalardan birinin dəstəyinə ehtiyac var.
Hazırda kürd məsələsinin həlli ilə bağlı növbəti “çözüm süreci” və bu çərçivədə PKK lideri Abdulla Öcalanla danışıqlar aparıldığı üçün DEM (keçmiş HDP) Partiyasının erkən seçkiyə dəstək verə biləcəyi güman olunur. Lakin bu, hələ ki, sual altındadır, çünki DEM-in və Öcalanın da öz şərtləri var və bunların qəbulu rejim üçün siyasi risklər yarada bilər.
Digər tərəfdən, Ərdoğanın yerişi və duruşu onun səhhətinin yaxşı olmadığı qənaətini yaradır. Hər hansı səbəbdən Ərdoğanın namizəd ola bilməməsi ehtimalına qarşı hazırda onun oğlu Bilal Ərdoğanın idarəçiliyə hazırlandığı siyasi kuluarlarda ciddi şəkildə müzakirə olunur. Ərdoğanın kürəkəni, keçmiş nazir Berat Albayrakın, eləcə də xarici işlər naziri Hakan Fidanın da varis olma iddiası var və dövlət içərisində hər üç şəxsi dəstəkləyən qruplar arasında mübarizə gedir.
İstər Bilal Ərdoğanın, istərsə də Berat Albayrakın (həmçinin Hakan Fidanın) Əkrəm İmamoğlunu, yaxud onun namizəd ola bilmədiyi halda CHP-nin digər potensial namizədi Mansur Yavaşın seçkidə məğlub etməsi problematik, hətta qeyri-mümkün görünür. Növbəti seçkini də udmaq, eləcə də mümkün varisin yolunu açmaq üçün siyasi səhnəni “təmizləmək” lazımdır. Əkrəm İmamoğluna və ümumilikdə CHP-yə qarşı repressiyaların kökündə məhz bu dayanır.
Türkiyəni qarşıda ağır günlər gözləyir.
ToplumTV
Ərdoğanın İmamoğlunu “dəfn etmək” cəhdi