"Qarabağ" klubu dünya reytinqində 17 pillə irəliləyərək 65-ci yerdə qərarlaşıb

Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) noyabrın 11-də açıqladığı siyahıda əksini tapıb.
192/25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb.
Azərbaycanın digər klublarından "Sabah" 296-cı mövqedən 276-ya, "Zirə" 407-dən 387-yə, "Araz-Naxçıvan" 391-dən 390-a yüksəlib.
502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.
Azərbaycanda da azarkeşləri olan Türkiyənin "Qalatasaray" klubu isə siyahıda 28-ci yeri tutur.