Məhbus xanımların istintaq müddəti 2 ay uzadıldı

8 noyabr tarixində Xəzər rayon məhkəməsində 6 dindar xanımın məhkəmə prosesi keçirilib.
Hakim Ramila Xəzrini sədrliyi ilə keçirilən prosesdə xanımlar qrup halında deyil, ayrı -ayrı hakim qarşısına çıxarılıb.
Heç bir səbəb göstərilmədən istintaq müddəti 2 ay uzadılıb.
Məhbus xanımların ailə üzvləri bildirib ki, indiyə qədər heç bir istintaq prosesi keçirilməyib və onlar 3 ayda bir iki dəfə dindirilib. Bu halda istintaq müddətinin uzadılması anlaşılan deyil.
Xanım məhbuslar hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, avqustun 15-də 6 dindar xanım
1973-cü il təvəllüdlü Arzu Hüseynova
1975-ci il təvəllüdlü Xoşqədəm Quliyeva,
1981-ci il təvəllüdlü Şəhla Fərəcova
1987-ci il təvəllüdlü Nigar Bağırova,
1984-cü il təvəllüdlü Aytən İbrahimova,
1994-cü il təvəllüdlü Şərqiyyə Sadıqova polis tərəfindən saxlanılıb.
Sabunçu rayon məhkəməsi ictimai asayişi pozmaq və digər maddələrlə ittiham 3 aylıq həbs qəti imkan tədbiri seçilməsi haqqında qərar verib.
Mediada xanımların eyni məkanda saxlanılması barədə paylaşılan xəbərlər yanlışdır.
Binə qəsəbəsində Ərbəin günü ilə bağlı ehsan paylayan 3 xanım DİN tərəfindən saxlanılıb.
Digər xanımlar evlərindən aparılıb. Türkan qəsəbəsində yaşayan Xoşqədəm Quliyeva, Zirə qəsəbəsində iş yerindən, Şərqiyyə Sadıqova isə evindən aparılıb.
Saxlanılan xanımların ailələrinin verdiyi məlumata görə, evlərində aparılan axtarış zamanı, axtarışa gələnlər, ev sahibinə aid olmayan əşyalar, o cümlədən İran İslam Respublikasının Ali Dini Rəhbəri, Ayətullah Seyyid Əli Xameneinin şəkilləri, yaddaş kartları, müxtəlif dini kitablar və plakatlar gətiriblər, evlərə yerləşdirib şəkillərini çəkdikdən sonra özləri ilə aparıblar.
Xatırladım ki, bu epizod narkotik ittihamı ilə şərlənib həbs edilən dindarların evində aparılan axtarış prosesində də eyni şəkildə təkrarlanıb.
 
 
Arzu Abdulla Gülzaman