Həbsdə olan siyasi fəal Samir Aşurov səhhətindəki problemlərlə bağlı şikayətlərini davam etdirir.
Həyat yoldaşı Nuranə Aşurova “Facebook” səhifəsində yazıb ki, fəal uzun müddətdən sonra saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində baş həkimin qəbuluna düşə bilib, lakin həkim onun üçün rəy tərtib etməkdən imtina edib.
“Samir Aşurov baş həkim Səddam Hüseynlinin qəbuluna düşüb və ona ciyərlərinin ağrıdığını bildirib. Deyib ki, ona həbsxananın tibb müəssisəsində müalicə almaq üçün rəy yazsın. Baş həkim isə bildirib ki, “yaza bilmərəm, gərək sənin vəziyyətin o qədər ağır olsun ki, ölüm dərəcəsinə çatasan, mən də onda yaza bilim”, - o qeyd edib.
S.Aşurov səbəbini soruşduqda isə həkim öz iş şəraitindən və maaşından şikayət etməyə başlayıb:
“Həkim dedi, get məndən şikayət elə. Artıq bezmişəm. İki həftədir işdən çıxmaq üçün ərizə vermişəm, məni işdən çıxarsınlar, artıq işləmək istəmirəm”, - N.Aşurova həyat yoldaşına istinadən bildirib.
O həmçinin vurğulayıb ki, Penitensiar Xidmətə etdiyi zənglər cavabsız qalır.
“Günahsız həbs etməkləri bəs etmir, siyasi məhbuslar müalicə edilmir, ölümə məhkum edilirlər. Neyləyək, dərdimizi kimə deyək? Samir Aşurovu həbsxanada necə xəstəliyə yoluxdurmusunuz, elə də müalicə edin,” - həyat yoldaşı əlavə edib.
2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan Samir Aşurov 20 gün sonra polis tərəfindən saxlanılıb. O, bir şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.
2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələri ilə təqsirli bilərək 6 il 6 ay azadlıqdan məhrum edib.
Fəal ittihamları rədd edir, siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Samir Aşurov: “Həkim dedi, gərək ölüm həddinə çatasan ki, sənə rəy yazım”