Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq

Azərbaycanlı zəvvarlar üçün Hacc ziyarəti iki gün ərzində yekunlaşacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Hacc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, əsas Həcc ayinləri iyunun 9-da yekunlaşacaq: "Zəvvarlarımızın ilk qrupu iyunun 16-da Vətənə qayıdacaqlar. Birinci qrupla 176 nəfərin gəlməsi nəzərdə tutulub".

Qeyd edək ki, Azərbaycandan Hacc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Bu il Hacc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılıb.