Açıqlamaya görə, Afiəddin Məmmədov hazırda saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən daha ağır rejimli müəssisəyə köçürülməklə hədələnib.
Təşkilat qeyd edir ki, Afiəddin Məmmədov bu yaxınlarda saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki antisanitar vəziyyəti ictimailəşdirib.
Afiəddin Məmmədovun ailəsinə göndərdiyi və mayın 30-da yayımlanan həmin məktubunda deyilirdi ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində 250-dən çox məhbus üçün cəmi dörd sanitar qovşağı var.
“Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər”.
Afiəddin Məmmədov ailəsinə bildirib ki, saxlandığı kamerada məhbusların sayı normadan artıqdır və onun indiyədək həbsxanadan ictimailəşdirdiyi məsələlər təkcə ictimai-siyasi fəallarla bağlı deyil, məhbəsdəki bütün məhbusların haqları ilə bağlı olub.
“Bu açıqlamadan sonra müəssisə rəhbərliyi ona qarşı mənəvi təzyiqlər göstərməyə başlayıb və Afiəddini daha ağır rejimli qapalı cəzaçəkmə müəssisəsinə köçürməklə hədələyib”- Təşkilatın yaydığı açıqlamada belə deyilir.
“Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər”