Ruanda bu qərarını üzv kimi hüquqlarının dəfələrlə pozulması və təşkilatın öz əsas prinsiplərinə əməl etməməsi ilə əsaslandırıb.
Ruanda Xarici İşlər Nazirliyi verdiyi bəyanatda bildirib ki, hökumət "artıq öz əsas prinsiplərinə əməl etməyən və üzərinə düşən vəzifələri yerinə yetirməyən bir təşkilatda üzv qalmağın mənasız olduğunu" düşünür.
Nazirlik qeyd edib ki, təşkilatın iyunun 7-də Ekvatorial Qvineyanın Malabo şəhərində keçirilmiş 26-cı illik sammiti bu qərarın qəbul edilməsində həlledici rol oynayıb. Belə ki, təşkilat əsasnaməsinin altıncı bəndinə zidd olaraq, Ruandanın növbəti dövri sədrlik hüququnu nəzərə almayıb.
Qeyd edək ki, Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECCAS) 1983-cü ildə yaradılmış regional əməkdaşlıq təşkilatıdır. Mərkəzi Afrikanın 11 ölkəsi (Anqola, Burundi, Kamerun, Ekvatorial Qvineya, Çad, Mərkəzi Afrika Respublikası, Qabon, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Ruanda və San-Tome və Prinsipi) təşkilatın üzvüdür.
Ruanda Mərkəzi Afrika Dövlətləri İqtisadi Birliyindən (ECCAS) çıxdığını elan edib