5 ölkə İsrail nazirlərə qarşı sanksiya tətbiq etmək qərarına gəlib

Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya və Norveç İsrail hökumətinin nazirləri İtamar Ben-Qvir və Bezalel Smotriçin Qəzza ilə bağlı bəyanatlarına və İordan çayının qərb sahilində məskunlaşanlara qarşı zorakılığı təşviq etmələrinə görə səyahət qadağaları və aktivlərini dondurdular.

Böyük Britaniyanın başçılıq etdiyi Avstraliya, Kanada, Yeni Zelandiya və Norveç iki İsrail nazirinə sanksiya tətbiq edib.

Bildirilib ki, iki İsrail naziri Qəzza və İordan çayının qərb sahilində zorakılığı qızışdıran bəyanatlarına görə sanksiyaya məruz qalıb. Sanksiyalarda iştirak edən ölkələr “iki dövlətli həll yalnız ekstremist zorakılıq və məskunlaşma siyasəti dayandırılacağı təqdirdə mümkün olacaq” ifadəsini işlədiblər.

ABŞ-ın qatılmadığı sanksiyalara reaksiya verən İsrail xarici işlər naziri Gideon Saar “Seçilmiş liderlərə tətbiq edilən bu tədbirlər qəbuledilməzdir” deyərək Netanyahu ilə təcili görüş keçiriləcəyini açıqlayıb.