Süleyman Ələkbərov kobud davranışa məruz qalıb

Siyasi məhbus Süleyman Ələkbərov yeni köçürülən qapalı tipli cəzaçəkmə müəsisəsində kobud davranşa məruz qaldığını bildirib. Bu barədə o, özü ailəsi ilə telefon əlaqəsi zamanı söyləyib.

“Süleyman bildirdi ki, yeni köçürüldüyü müəsisədə ona qarşı kobud davranışlar edilir. O, bu davranışların nə olduğunu söyləyəndə onun əlindən dəstək alınaraq əlaqə kəsildi” deyə Süleyman Ələkbərovun xanımı bildirib.

Məhdud telefon zəngindən sonra S. Ələkbərov ailəsi ilə əlaqə saxlamayib və ya saxlaya bilməyib. Mövcud hadisədən sonra ailə də məsələ ilə bağlı narahatlıq yaşayır.

Xatırladaq ki, ilahiyyatçı Süleyman Ələkbərov 2023-cü il oktyabrın 28-də şiə inanclılarının kütləvi həbsi dövründə saxlanılıb. Məhkəmənin qərarı ilə o, 6 avqust 2024-cü il tarixində 3 il müddətinə azadlıqdan məhrum edilib.

10 saylı cəzaçəkmə müəsisəsində cəza çəkən ilahiyyatçı may ayının 10-da daxili qaydaların pozulması bəhanəsi ilə 6 ay müddətinə ciddi-qapalı rejimli müəsisəyə Umbakıya köçürülüb. Görünən budur ki, “qara siyahıya” salınan inanclı burada da təzyiqlər altındadır.